Bu məhsullar vergidən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu məhsullar vergidən azad olundu

Sosial

17 İyun 2026 09:13 548


Nazirlər Kabineti kənd təsərrüfatı sektoruna xidmət edən yeni güzəşt siyahılarını təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələri üçün nəzərdə tutulan bəzi avadanlıqlar əlavə dəyər vergisindən azad edilib. Bu güzəşt laboratoriya avadanlıqlarına, həmçinin toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi üçün qurğulara da şamil olunur.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Sezar pizza

Hökumət başçısının digər qərarı ilə baytarlıq preparatlarının idxalı da ƏDV-dən azad edilib.

Buraya kənd təsərrüfatı heyvanlarının və quşların müalicəsi, profilaktikası və diaqnostikası üçün istifadə edilən dərmanlar daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!