“Bu mübarizədə Azərbaycanın yanındayıq” - Bağdad Amreyev

saytların hazırlanması

Evə çatdırılma

“Bu mübarizədə Azərbaycanın yanındayıq” - Bağdad Amreyev

Siyasət

21 Oktyabr 2020 13:18 1016


"İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir".

Yenisabah.az xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılıb.

Baş katib deyib: “Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”. pizza

Dağlıq Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini, türkdilli ölkələrin, Türk Şurasının, ümumiyyətlə bütün türk dünyasının Azərbaycanı dəstəklədiyini vurğulayan Baş katib deyib: “Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!