Firəngiz Mütəllimova niyə heç vaxt ailə qura bilməyib?

saytların hazırlanması

Evə çatdırılma

Firəngiz Mütəllimova niyə heç vaxt ailə qura bilməyib?

Şou

29 Oktyabr 2026 11:42 97


Bəzən insanın səhnədə qazandığı böyük sevgi şəxsi həyatına da təsir edir. Xalq artisti Firəngiz Mütəllimova illər əvvəl canlandırdığı obrazın onun insanlara münasibətini dəyişdirdiyini, hətta ailə qurmaq məsələsində belə tərəddüdlər yaşamasına səbəb olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, aktrisa bu barədə AzTV telekanalında yayımlanan “Görüş yeri” verilişində danışıb. Sənətçi etiraf edib ki, gənclik illərində tamaşaçıların ona deyil, “Səni axtarıram” teletamaşasında canlandırdığı Gülnar obrazına aşiq olduğunu düşünüb. Bu fikir onun insanlardan, hətta yaxın qohumlarından da uzaqlaşmasına səbəb olub.

Firəngiz Mütəllimova həmin dövrdə çoxlu məktublar aldığını, ona gül gətirərək gözləyənlərin olduğunu da xatırladıb: pizza hut

“Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı “Səni axtarıram” teletamaşasında canlandırdığım “Gülnar”ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı “Gülnar”ı sevir. O vaxt bəlkə də yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi”.

Xalq artisti şəxsi həyatında yaşananları keçmişə dair peşmanlıq kimi qəbul etmədiyini deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!