2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri 29 milyard 311.8 milyon manat, xərcləri isə 25 milyard 348.2 milyon manat təşkil edib və nəticədə 3 milyard 963.6 milyon manatlıq profisit yaranıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə büdcə gəlirləri proqnoza qarşı 787.4 milyon manat (2.8%) çox icra olunub. Dövlət Neft Fondundan (ARDNF) transfert nəzərə alınmadan daxilolmalar 19 milyard 683.8 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrünü 1 milyard 402.1 milyon manat (7.7%) üstələyib.
Gəlirlərin strukturunda vergi daxilolmaları 13 milyard 630.4 milyon manat (46.5%), ARDNF-dən transfert 9 milyard 628.0 milyon manat (32.8%), gömrük daxilolmaları 4 milyard 973.3 milyon manat (17.0%), ödənişli xidmətlər 543.2 milyon manat (1.9%), sair daxilolmalar 493.7 milyon manat (1.7%) və icarə haqqı 43.2 milyon manat (0.1%) paya sahib olub. Proqnozla müqayisədə vergi daxilolmaları 913.4 milyon manat (7.2%), icarə gəlirləri 8.9 milyon manat (25.9%), sair daxilolmalar 84.3 milyon manat (20.6%) çox, gömrük daxilolmaları 10.7 milyon manat (0.2%) və ödənişli xidmətlər 208.5 milyon manat (27.7%) az icra edilib. Dördpendirli pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız