Sabiq deputat Mir Şahinə söz atdı: “Gərək başınıza bu hadisə gələydi?”

saytların hazırlanması

Evə çatdırılma

Sabiq deputat Mir Şahinə söz atdı: “Gərək başınıza bu hadisə gələydi?”

Sosial

29 Oktyabr 2026 11:38 398


“Mir Şahin Ağayev yazır: Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq!

...Məni heyrətə gətirən həm də əslində məsumluq yaşında olmalı yenyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır. Mən problemin kökündə küçə xuliqanlığının yeniyetmələrimizin hələ formalaşmamış şüurunda qabarıq təzahürü ilə yanaşı son zənglərdə oxunan kriminal mahnılardan da notlar görürəm".

“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. pizza mizza

O bildirib ki, Azərbaycan orta məktəblərində təhsilin təhsildən daha vacib komponenti olan tərbiyə tamamilə məktəbin funksiyasından çıxarılıb

“Şagirdlərin belə davranışını mən də qınayıram. Mir Şahin Ağayev!  İllərdir yazırıq ki, Azərbaycan Orta məktəblərində təhsilin təhsildən daha vacib komponenti olan tərbiyə tamamilə məktəbin funksiyasından çıxarılıb. Rəhbərlik etdiyiniz REAL TV-də ölkənin milli təhlükəsizlik məsələsi olan, lakin böhran günlərini yaşayan təhsildən hələ indiyə qədər bir tənqidi süjetə, verilişə belə rast gəlməmişik. Bu qısa yazımda mənə bəlli olan səbəblər barədə yazmaq istəmirəm. Əməkdaşlarınızı məktəblərə göndərin, damağında papiros və şagirdə yaraşmayan davranışlar nümayiş etdirən şagirdləri çəksinlər.

Onların sinifdə və məktəndənkənarda hərəkətlərinə orta məktəb rəhbərliyi və müəllimlər qətiyyən diqqət yetirmirlər. "İctima biganəlik sindromu" hökm sürür.

Emin Əmrullayev Orta təhsilin idarə edilməsi strukturlarına yüksək vəzifələrə "Azərşəkər", "Ticarət limanı", "Azgranata", "Astaraçay"dan kadrlar gətirəndə, məktəb anlayışından xəbəri olmayanları kütləvi şəkildə məktəb direktoru təyin edəndə Azərbaycan təhsilinə edilən bu saymamazlığa televiziyalar biganə qaldılar.

Bu da nəticə. Gərək başınıza hadisə gələydi ki, hiddətlənəydiniz?

Tezliklə hirsiniz soyuyacaq, ancaq təhsilidən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası missiyalarını axıra yerinə yetirməkdə davam edəcəklər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!