2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta şirkətləri tərəfindən həyata keçirilən sığorta ödənişlərinin məbləği məlum olub.
“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk 9 ayının yekunlarına əsasən, sığorta ödənişlərinin həcminə görə şirkətlər arasında fərqli dinamika qeydə alınıb. Dövr ərzində ən çox sığorta ödənişi edən şirkət 548 milyon 526 min manatla “Paşa Həyat Sığorta” olub. İkinci sırada 130 milyon 899 min manat ödənişlə “Paşa Sığorta”, üçüncü sırada isə 87 milyon 753 min manatla “Atəşgah Həyat Sığorta” qərarlaşıb.
Digər sığorta şirkətləri üzrə göstəricilər isə, “Atəşgah Sığorta” 31 milyon 995 min manat, “Qala Sığorta” 17 milyon 999 min manat, “Azərbaycan Sənaye Sığorta” 14 milyon 44 min manat, “Meqa Sığorta” 12 milyon 514 min manat, “A Qrup Sığorta” 9 milyon 714 min manat, “Xalq Sığorta” 7 milyon 835 min manat, “Meqa Həyat Sığorta” 7 milyon 58 min manat, “Qala Həyat Sığorta” 3 milyon 811 min manat, “Xalq Həyat Sığorta” 3 milyon 563 min manat, “Aqrar Sığorta” 1 milyon 894 min manat, “Azsığorta” 1 milyon 451 min manat və “İpək Yolu Sığorta” 402 min manat ödəniş həyata keçirib. Dominos pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız