Bu ölkənin paytaxtı tam qapanır
24 Yan 2021 07:22
294

Bu ölkənin paytaxtı tam qapanır

Böyük Britaniyada mutasiya edən virusun qəfildən yayılması Norveç hakimiyyətini qəti tədbirlər görməyə məcbur edib.

“Yeni Sabah” xəbər verir ki, Norveçin paytaxtı Oslo şəhərində mutasiya edən koronavirus epidemiyasının ardınca sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib.

Koronavirusun yeni Böyük Britaniya ştammı Oslo paytaxtı yaxınlığında Nordre Follo Norveç bələdiyyəsində yayılmağa başlayıb. Yerli hakimiyyət virusun bölgəyə necə düşdüyünü bilmədiyindən xüsusilə narahatdır. Təcili olaraq səlahiyyətlilər, Nordre Follo bələdiyyəsində ilk növbədə və indi də Osloda sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul ediblər.

Bütün bunlardan başqa, hökumətin qərarı ilə, zəruri ehtiyaclar siyahısına daxil olmayan bütün mağazalar bağlanacaq, insanların həm evdə, həm də açıq havada toplanması qadağan ediləcək, xüsusilə otaqlarda və qrup şəklində idmanla məşğul olmaq da qadağa olunacaq.

Qaydalar şənbə günü saat 12-dən etibarən qüvvəyə minir və yanvarın 31-dək qüvvədədir.

“Bu, yoluxma yolunu bilmədiyimiz Norveçdə virus ştammının yayılmasının ilk nümunəsidir”, - deyə Norveçin səhiyyə naziri Bent Xoye yerli jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, yeni tədbirlər pandemiyanın başlanmasından bəri Osloda ən sərt olaraq xarakterizə olunur. /Azərtac

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər