Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, qanun layihəsində qeyd olunur ki, Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na uyğun olaraq, ev heyvanlarının xarici ölkələrə aparılması müvafiq baytarlıq pasportunun tərtib olunması ilə həyata keçirilir.
Statistik məlumatlara görə, bu istiqamətdə 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət əsasında baytarlıq pasportu təqdim edilib. Son illər ərzində edilən müraciətlərin sayının, eləcə də pasportun rəsmiləşdirilməsi üçün sərf olunan maliyyə resurslarının və digər inzibati xərclərin artması səbəbindən dövlət rüsumunun məbləğinə yenidən baxılması zəruri hesab olunub. İnternetdən sifariş
Müzakirələrin yekununda səsverməyə çıxarılan qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.
Nazim Hacıyev
Telegram kanalımız