Sosial sahədə rəqəmsal sıçrayış: 10 ayda 361 milyon əməliyyat

saytların hazırlanması

Evə çatdırılma

Sosial sahədə rəqəmsal sıçrayış: 10 ayda 361 milyon əməliyyat

İqtisadiyyat

18 Noyabr 2026 11:58 45


2026-cı ilin yanvar-oktyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal xidmətlərindən 5,5 milyon dəfə istifadə olunub.

“Yeni Sabah” xəbər verir ki, bu müddət ərzində e-infrastruktur vasitəsilə proaktiv qaydada 243 min təyinat aparılıb. Bununla yanaşı, əmək, məşğulluq və sosial müdafiə istiqamətləri üzrə vətəndaşlara 652 min elektron arayış təqdim edilib.

Sosial sahədə ardıcıl həyata keçirilən rəqəmsallaşma tədbirləri sayəsində hazırda qurumun xidmətlərinin 90 faizi elektron formada əlçatandır. Sərfəli qiymətə məhsullar

Hazırda nazirliyin rəqəmsal bazaları 80-ə yaxın dövlət və özəl qurumun informasiya sistemləri ilə inteqrasiya olunmuş vəziyyətdə fəaliyyət göstərir. Digər qurumlardan daxil olan sorğular da nəzərə alınmaqla, 2026-cı ilin ilk 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən qeydə alınan ümumi sorğu, müraciət və xidmətlərin sayı 361 milyona çatıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!