Ofelya Şabanova həmkarlarını hədəfə aldı: “Reytinq naminə hər şeyə əl atırlar”

saytların hazırlanması

Evə çatdırılma

Ofelya Şabanova həmkarlarını hədəfə aldı: “Reytinq naminə hər şeyə əl atırlar”

Şou

18 Noyabr 2026 11:49 184


Son vaxtlar şou-biznes nümayəndələrinin televiziya efirlərində bir-birinə qarşı sərt ifadələr işlətməsi, təhqir və ittihamlar səsləndirməsi tez-tez gündəmə gəlir. Bəzən müğənnilər arasında yaşanan mübahisələr şəxsi münasibətlərin açıq qarşıdurmasına çevrilir. Maraqlıdır, sənətçilər bunu həqiqətən bir-birinə qarşı olan narazılıqlarına görə edirlər, yoxsa efirdə diqqət çəkmək və reytinq qazanmaq üçün belə davranırlar?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən müğənni Ofelya Şabanova bildirib ki, burada hər iki amil rol oynaya bilər.

O qeyd edib ki, bəzi hallarda sənətçilər arasında həqiqətən şəxsi narazılıqlar olur: Məişət texnikası

“Ancaq elə hallar da var ki, insanlar gündəmdə qalmaq, adlarının daha çox hallanması və diqqət çəkmək üçün mübahisələri süni şəkildə böyüdürlər. Təəssüf ki, bu gün bəziləri sənətləri ilə deyil, qalmaqalları ilə tanınmağa çalışırlar. Halbuki müğənninin əsas silahı səsi, ifası və yaradıcılığı olmalıdır.

Bəzən görürük ki, uzun müddət yaradıcılıq fəaliyyəti ilə gündəmə gəlməyən sənətçilər hansısa qalmaqallı açıqlamadan sonra birdən-birə hər yerdə müzakirə olunmağa başlayırlar. Amma bir məsələni unutmaq olmaz: gündəmdə olmaqla hörmət qazanmaq eyni şey deyil. Qalmaqal insana müvəqqəti populyarlıq gətirə bilər, lakin sənətkar kimi nüfuz qazandırmır.

Əlbəttə, bu davranış ilk növbədə sənətə və tamaşaçıya hörmətsizlikdir. Televiziya efiri şəxsi hesablaşma meydanı deyil. Tamaşaçı televizoru açanda musiqi, sənət, mədəniyyət və maraqlı söhbət görmək istəyir. Heç kim efirdə təhqir, aqressiya və qarşılıqlı ittiham dinləməyə məcbur deyil. İnsan öz həmkarına hörmət etməyi bacarmırsa, heç olmasa onu dinləyən tamaşaçının zövqünə və səviyyəsinə hörmət etməlidir”.

O.Şabanova bildirib ki, televiziya kanallarının da burada ciddi məsuliyyəti var:

“Çünki efirin formatını müəyyənləşdirən, qonaqları seçən və müzakirənin istiqamətini tənzimləyən televiziyadır. Əgər bir kanal reytinq naminə təhqirə, qarşıdurmaya və şəxsi münaqişələrin nümayişinə şərait yaradırsa, deməli, bu prosesdə onun da payı var. Televiziya yalnız reytinq qazanmaq üçün deyil, həm də cəmiyyətin zövqünün, mədəniyyətinin formalaşmasına xidmət etməlidir.

Mənim fikrimcə, sənətkarın böyüklüyü nə qədər insanı təhqir etməsi ilə deyil, nə qədər insanın qəlbinə toxuna bilməsi ilə ölçülür. Bu gün kiminsə ünvanına ağır sözlər söyləməklə gündəmə gəlmək mümkündür, amma tarixdə qalmaq üçün sənət yaratmaq lazımdır.

Mikrofon sənətkarın əlində olanda insanları birləşdirməlidir, bir-birinə qarşı qoymamalıdır. Mən istərdim ki, efirlərimizdə qalmaqallar deyil, keyfiyyətli musiqi, sağlam rəqabət və sənət müzakirələri üstünlük təşkil etsin”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!