Bu şəxslərə dövlət dəstəyi veriləcək:   Əsas ŞƏRT AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə dövlət dəstəyi veriləcək: Əsas ŞƏRT AÇIQLANDI

Sosial

28 Sentyabr 2026 12:25 277


Özünüməşğulluq proqramında maldarlıqla bağlı yeni zərf tətbiq olunur. Proqrama cəlb edilən şəxslərə damazlıq inəklər veriləcək.

Bu barədə "Yeni Sabah"a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, maldarlıq istiqaməti üzrə proqrama cəlb olunan və cins damazlıq heyvanların saxlanması üçün uyğun şəraiti, eləcə də bu sahədə müəyyən təcrübəsi olan şəxslərin hər birinə “Simmental” və “Holstein” cinslərindən 2 baş inək veriləcək. Dördpendirli pizza

Yeni zərfin tətbiqində məqsəd özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq maldarlıq təsərrüfatlarında məhsuldarlığı artırmaq və təsərrüfat sahiblərinin gəlir imkanlarını genişləndirməkdir.

Qeyd olunub ki, cins damazlıq heyvanların saxlanma şərtləri fərqli olduğundan, müraciət edən vətəndaşların təsərrüfat şəraiti əvvəlcədən qiymətləndiriləcək. İlkin monitorinq zamanı heyvanların saxlanılacağı tövlənin vəziyyəti, ölçüləri və havalandırma şəraiti nəzərdən keçiriləcək.

Həmçinin proqram iştirakçılarının seçimi zamanı onların maldarlıq sahəsində təcrübəsi, bilik və bacarıqları da nəzərə alınacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!