Hərbçilərlə bağlı YENİ QAYDA: Bu şəxslərə nə qədər güzəşt edilir?

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərlə bağlı YENİ QAYDA: Bu şəxslərə nə qədər güzəşt edilir?

Sosial

22 Sentyabr 2026 10:03 283


Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Qurumun əməkdaşı kapitan Əsgərli Zəfər bildirib ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Toyuqlu pizza

Qeyd olunub ki, həmin şəxslərin əmək müqaviləsinə çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər, təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.

Beləliklə, təlim və hərbi toplanışlara cəlb olunmaq işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayılmır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!