Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində 64 nəfərin cəsədi sudan çıxarılıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, bu rəqəm ötən ilin analoji dövründə 85 (-25%) olub.
Eyni zamanda, xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 73 nəfərdən 107 nəfərə yüksəlib. pizza
Çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə çatıb. Bu, təxminən 39% artım deməkdir.
2026-cı il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çayda 5, suvarma kanalında 18, su anbarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəzər dənizi hövzəsində ən təhlükəli ərazilər Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdakən qəsəbəsində Nil qaya, Novxanı qəsəbəsində Sarıqayadır.
Telegram kanalımız