Bu yeməklər sağlamlığa təhlükə  yaradır -   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bu yeməklər sağlamlığa təhlükə yaradır - XƏBƏRDARLIQ

Sağlamlıq

14 İyun 2026 13:43 69


Fastfud məhsullarının tərkibindəki gizli şəkərlər sağlamlıq üçün ciddi risk yarada bilər.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislər fastfud qidalarının yalnız yüksək yağ və kalori tərkibi ilə deyil, həm də əlavə şəkərlərlə təhlükə yaratdığına diqqət çəkirlər.

Bildirilir ki, burger sousları, ketçup, mayonez, qazlı içkilər və hətta bəzi kartof qızartmalarında əlavə şəkər mövcuddur. Bu isə qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə, qısa müddət sonra isə yenidən aclıq hissinin yaranmasına səbəb olur. pizza hut

Mütəxəssislər fastfud məhsullarında şəkər qəbulunu azaltmaq üçün souslardan az istifadə etməyi, qazlı içkiləri su ilə əvəz etməyi, fastfud istehlakını məhdudlaşdırmağı və ev şəraitində hazırlanmış sağlam qidalara üstünlük verməyi tövsiyə edirlər.

Qeyd olunur ki, fastfudun zərərləri yalnız yüksək yağ tərkibi ilə məhdudlaşmır. Tərkibindəki əlavə şəkərlər də uzunmüddətli perspektivdə sağlamlıq problemlərinin yaranma riskini artıra bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!