Bu yollar bağlanır -   Sürücülərə vacib xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu yollar bağlanır - Sürücülərə vacib xəbərdarlıq

Sosial

22 Sentyabr 2026 07:08 103


Bakının iki rayonunda yolların təmiri ilə əlaqədar hərəkət qismən və ya tam məhdudlaşdırıla bilər.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-də saat 09:00-dan etibarən Qaradağ rayonunda Səməndər İsmayılzadə küçəsinin (Xocəsən–Lökbatan avtomobil yolu) Meyvəli dairəsindən Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə kəsişməyə qədər olan hissəsində təmir işlərinə başlanılacaq. pizza

Həmçinin Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

AAYDA-nın məlumatına görə, hərəkətin məhdudlaşdırılması təmir işlərinin mərhələlərindən asılı olaraq qismən və ya tam şəkildə tətbiq edilə bilər.

Sürücülərdən yollarda diqqətli olmaları, yol nişanlarının tələblərinə riayət etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!