“Burada pul gətirməyən kişi evlənə bilməz” – Şahbaz Xuduoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Burada pul gətirməyən kişi evlənə bilməz” – Şahbaz Xuduoğlu

Sosial

05 Avqust 2026 22:39 95


Misirdə səfərdə olan “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ölkədə qadınların cəmiyyətdəki rolu və ailə münasibətləri ilə bağlı müşahidələrini bölüşüb.

''Yeni Sabah'' xəbər verir ki, Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında Şarm əl-Şeyxdə qaldığı oteldə qadın əməkdaşlara demək olar ki, rast gəlmədiyini bildirib.

“Şarm əl-Şeyxdə qaldığım oteldə heç bir işdə qadın işləmir. Otaqların və ərazinin təmizliyini kişilər edir. Restoran xidmətlərində də işləyən qadın görməzsən. Hətta qəbulda da kişilər oturub. Müştərilərlə işləyən bir qadın var, o da Rusiyadan gəlib”, – deyə o yazıb. Dördpendirli pizza

Xuduoğlunun sözlərinə görə, yerli bələdçi Misirdə qadınların əsasən evdə qaldığını, ailənin maddi təminatının isə kişilərin üzərinə düşdüyünü bildirib.

“Bələdçi deyir ki, burada qadın evdə oturur, pulu kişi gətirir. Pul gətirməyən kişi evlənə bilməz. Kişi qadını razı salacaq həddə pul qazanmalıdır”, – deyə nəşriyyat direktoru qeyd edib.

O, həmçinin bildirib ki, Misirdə çoxarvadlılıq ənənəsi hələ də mövcuddur. Xuduoğlu oteldə çalışan administrator Ömərlə söhbətini də paylaşıb.

"Restoranda administrator olan Ömər deyir ki, birinci arvadından üç uşağı var. 'Ondan yorulub ikinci arvad aldım, hər həftə birinin yanında qalırdım. Sonra üçüncü arvad aldım, ikisindən də ayrıldım. İndi çox xoşbəxtəm'. Hazırkı həyat yoldaşı özündən 23 yaş kiçikdir", – deyə o bildirib.

Şahbaz Xuduoğlu taksi sürücüsü Məhəmmədlə söhbətindən də bəhs edib.

“Taksi sürücüsü Məhəmmədin iki oğlu, bir qızı var. Qızının adı Yasəmindir. Bir dəfə evlənib, ikinci dəfə evlənmək niyyəti yoxdur. Ata-anası ilə bir evdə yaşayır”, – deyə Xuduoğlu yazıb.

Sonda o, Misirdə kişi adlarının geniş yayılmasına da diqqət çəkərək, “Burada kişilərin adını yadda saxlamaq da çox rahatdır: ya Əhməd, ya Məhəmməd, ya da Ömər”, – fikrini bölüşüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!