Burak Yılmaz “Lill”ə keçdi
01 Avq 2020 14:49
386

Burak Yılmaz “Lill”ə keçdi

Türkiyə millisinin futbolçusu Burak Yılmaz karyerasını Fransanın “Lill” klubunda davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Liqa1 təmsilçisi məlumat yayıb.

Ötən mövsüm formasını geyindiyi “Beşiktaş”la qarşılıqlı razılıqla yollarını ayıran Yılmaz Fransa klubu ilə 2 illik müqavilə imzalayıb. 35 yaşlı forvard 2022-ci ilin yayına qədər Liqa1 təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Lill”də daha iki türk futbolçu Yusuf Yazıçı və Zəki Çelik də forma geyinir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər