Cahangir Əsgərov bir aydır işə çıxmır? - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərov bir aydır işə çıxmır? - RƏSMİ 

Sosial

22 Fevral 2023 14:41 7551


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun işə gəlmədiyi deyilir. İddialara görə, AZAL rəhbəri bir aya yaxındır ki, işə çıxmır. 

Sosial şəbəkələrdə yayılan iddialara münasibət öyrənmək üçün AZAL-ın mətbuat xidməti ilə əlaqə saxladıq. 

Qurumun mətbuat katibi Nərmin Xəlilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, deyilənlər həqiqəri əks etdirmir.  Dördpendirli pizza

"Cahangir Əsgərovun bir aydır ki, işə çıxmaması ilə bağlı sosial şəbəkələrdə və bəzi mətbu orqanlarında yayılmış  məlumatlar həqiqəti əks etdirmir. Cahangir Əsgərov hazırda işinin başındadır",- AZAL sözçüsü vurğulayıb. 

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!