Türkiyə millisi və İtaliyanın "İnter" klubunun ulduz futbolçusu Hakan Çalhanoğlu qatıldığı blits-müsahibədə verdiyi cavablarla diqqəti özünə çəkib.
“Yeni Sabah” xəbər verir ki, uzun illərdir A Seriyasında çıxış edən təcrübəli yarımmüdafiəçi İtaliya mədəniyyətinə və mətbəxinə olan rəğbətini gizlətməyib.
Aparıcının "Türk, yoxsa İtalyan qəhvəsi" sualına tərəddüd etmədən "Əlbəttə, İtalyan qəhvəsi" cavabını verən futbolçu, lokum və İtalyan dondurması (Gelato) arasında seçim edərkən də üstünlüyü "Gelato"ya verib. Toyuqlu pizza
Ulduz futbolçunun türk mətbəxi əvəzinə İtaliya təamlarını seçməsi sosial şəbəkələrdə azarkeşlər arasında geniş müzakirələrə və maraqlı reaksiyalara səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız