Cavanşir Feyziyevin şirkət ilə DSX-nin məhkəmə çəkişməsi - Qərar

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Feyziyevin şirkət ilə DSX-nin məhkəmə çəkişməsi - Qərar

Maraqlı

10 Avqust 2023 09:54 1805


Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiasına baxılıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin edilib. pizza

“Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

“Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!