Çayda çimən 22 yaşlı gəncin sonu faciəvi oldu

saytların hazırlanması

Evə çatdırılma

Çayda çimən 22 yaşlı gəncin sonu faciəvi oldu

Hadisə

27 İyul 2026 19:26 101


Masallı rayonunda çayda çimərkən xəsarət alan Cəlilabad sakini xəstəxanada dünyasını dəyişib.

''Yeni Sabah'' xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisindən axan çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır travma alıb. Bakıdakı xəstəxanalardan birində 10 gün ərzində müalicə olunmasına baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün tibb müəssisəsində vəfat edib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!