Cəlilabadda arxeoloji qazıntı zamanı qədim dövrlərə aid qurğular tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda arxeoloji qazıntı zamanı qədim dövrlərə aid qurğular tapıldı

Sosial

20 Sentyabr 2026 20:33 149


Cəlilabadda, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.

"Yeni Sabah" xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.

"Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası"nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. pizza sifarişi

Tapıntıların Son Tunc-İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur.

Qazıntı işləri davam etdirilir. Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı daha geniş məlumat verə biləcək yeni nümunələrin aşkar olunacağı gözlənilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!