Cəlilabadda canavarlar fermaya hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda canavarlar fermaya hücum etdi

Sosial

28 May 2026 17:32 44


Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.

"Yeni Sabah" Report-a istinadla xəbə verir ki, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir. pizza hut

Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.

"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!