Cənub bölgəsində ev quşlarının, o cümlədən toyuqların kütləvi şəkildə tələf olması yerli sakinlər arasında narahatlıq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, bu vəziyyət hazırda Lənkəran və Cəlilabad rayonunun bir sıra kəndlərində müşahidə olunur.
Sakinlərin sözlərinə görə, quşlar arasında yayılan naməlum xəstəlik əvvəlcə onların zəifləməsi və yemdən kəsilməsi ilə özünü büruzə verir. Qısa müddət sonra isə quşlar tələf olur. Marqarita pizza
Bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra cəmi bir neçə gün ərzində həmin təsərrüfatdakı bütün ev quşları məhv olur. Sakinlər xəstəliyin sürətlə yayılmasının ciddi narahatlıq doğurduğunu bildirirlər.
Onların sözlərinə görə, xəstəliyin qarşısını almaq üçün görülən qabaqlayıcı tədbirlər də gözlənilən nəticəni vermir. Xəstəliyin səbəbi və bununla bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Aytac Əliyeva
Telegram kanalımız