Ceyhun Bayramov Sergey Lavrovla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Sergey Lavrovla görüşdü

Siyasət

12 Aprel 2025 15:40 179


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Görüş IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!