Cibində 100 manatı olanlar üçün yeni imkan –   Deputat yeni qanunu təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Cibində 100 manatı olanlar üçün yeni imkan – Deputat yeni qanunu təriflədi

İqtisadiyyat

07 İyul 2026 12:16 103


"Startaplar haqqında qanun layihəsi sadəcə növbəti hüquqi sənəd deyil. Əgər bu sahə bürokratik əngəllərə, ağır inzibati prosedurlara və mövcud ekosistemdəki maneələrə qurban verilməsə, bu qanun ölkəmizin rəqəmsal iqtisadiyyatında, xüsusilə startapların və kiçik sahibkarların maliyyələşdirilməsi sahəsində əhəmiyyətli dönüş yaradacaq və möhkəm hüquqi baza formalaşdıracaq."

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirib.

O, “Kraudfandinq haqqında” qanununun layihəsi haqqında fikirini səsləndirib. Dördpendirli pizza

Deputat əlavə edib ki, yaxşı ideyası olan gənclər startaplarını inkişaf etdirmək üçün çox vaxt alternativ maliyyə mənbəyi tapa bilmədiklərindən xaricə üz tuturlar:

"Qanun onlara rəqəmsal platformalar vasitəsilə həm geniş ictimaiyyətdən, həm də investorlardan vəsait cəlb etmək, ideyalarını reallaşdırmaq üçün yeni maliyyə imkanları yaradacaq. Bu, olduqca müsbət addımdır. Qanunun qəbulu startap ekosisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ümid edirəm ki, bu sahəyə real dəstək göstəriləcək, əlavə maliyyə mənbələri formalaşacaq və sağlam rəqabət mühiti yaranacaq.

Belə olan halda artıq yalnız iri şirkətlər və böyük investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa sərmayə qoya, onun inkişafında pay sahibi ola biləcək. Bu isə həm əhalinin yığımlarının iqtisadiyyata cəlb edilməsinə, həm də yeni ideyaların daha sürətlə həyata keçirilməsinə ciddi töhfə verəcək.

Bunun üçün yaradılacaq mexanizmlər sadə və anlaşılan olmalıdır. Çünki cəmiyyətin bu sahədə bilik və məlumat səviyyəsi hələ də yüksək deyil. İnsanlar həm bu imkanları, həm də mövcud riskləri düzgün dərk etməlidirlər ki, əsaslandırılmış qərarlar verə bilsinlər.

Layihənin müsbət cəhətləri kifayət qədərdir. Burada həm pay, həm də borc əsasında maliyyələşmə imkanlarının nəzərdə tutulması, toplanan vəsaitlərin qorunması və prosesin şəffaf şəkildə təşkil edilməsi mühüm üstünlüklərdir. Qanunda investorların maraqlarının qorunmasına xidmət edən bir sıra mexanizmlərin əksini tapması da təqdirəlayiqdir.

Bununla yanaşı, bir məqamı xüsusi vurğulamaq istərdim. Əgər bu qanunun tətbiqi həddindən artıq bürokratik mexanizmlərlə müşayiət olunsa, o, qarşıya qoyulan məqsədlərə çatmayacaq. Platforma yaratmaq, qeydiyyatdan keçmək üçün çoxsaylı sənədlər toplamaq, hər mərhələdə lisenziya almaq və ağır prosedurlardan keçmək tələb olunarsa, bu sahəyə maraq azalacaq. Halbuki startaplar üçün vaxt ən dəyərli resursdur. İdeya hazırdırsa, onun reallaşdırılması aylarla gecikməməlidir. Buna görə də bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat və digər prosedurlar maksimum sadələşdirilməlidir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!