Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi ABŞ-nin aparıcı texnologiya rəhbərlərinin ("Anthropic" rəhbəri Dario Amodei və "OpenAI" rəhbəri Sam Altman) süni intellektin inkişaf tempini yavaşlatmaq barədə çağırışlarına sərt cavab verib. Pekin bu bəyanatları qlobal miqyasda "qorxulu ssenarilər və çaxnaşma yaratmaq" cəhdi kimi qiymətləndirərək təklifi qətiyyətlə rədd edib.
“Yeni Sabah” xəbər verir ki, Çin XİN-in rəsmi nümayəndəsi Quo Jiakun keçirdiyi mətbuat konfransında bildirib ki, süni intellekt bütün bəşəriyyətin ortaq rifahına xidmət etməlidir:
"Süni intellekt sahəsində qorxunun alovlandırılması, qarşıdurma yaratmaq və qərəzli rəqabətə girişmək qlobal idarəetmə prosesini pozacaq və heç bir tərəfin maraqlarına cavab verməyəcək. Bütün tərəflər texnologiyanın açıq, inklüziv və hər kəs üçün faydalı inkişafını təmin etməlidirlər.", — deyə Çin rəsmisi vurğulayıb. Sezar pizza
Eyni zamanda, Çin mediası və yerli ekspertlər amerikalı rəhbərlərin bu təşəbbüsünü Pekinin texnoloji yüksəlişini ləngitməyə yönəlmiş "Soyuq müharibə taktikası" və bazarda monopoliyanı qorumaq cəhdi adlandırıblar. Analitiklər hesab edirlər ki, Qərbin təhlükəsizlik narahatlıqlarına rəğmən, Çinin süni intellekt poytasında geri addım atmaq niyyətində olmaması iki qütb arasında texnoloji rəqabəti daha da kəskinləşdirəcək.
Nazim Hacıyev
Telegram kanalımız