Ombudsman seçkisi: Milli Məclisin iclasında məsələyə baxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman seçkisi: Milli Məclisin iclasında məsələyə baxılacaq

Siyasət

30 Oktyabr 2026 15:58 101


Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, komitə sədri Zahid Oruc gündəliyə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin daxil edildiyini bildirib.

Komitə sədri qeyd edib ki, Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Bunlar hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır. Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik şəxslərdir. pizza sifarişi

Zahid Oruc çıxışında Azərbaycanda Ombudsman təsisatının formalaşması və inkişaf tarixinə toxunub. O, təsisatın fəaliyyət göstərdiyi dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının təmin olunması, dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Deputatlar müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüblər, Ombudsman vəzifəsinə təqdim edilmiş namizədlərə münasibətlərini bildiriblər.

Çıxışlarda Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sistemindəki əhəmiyyəti vurğulanıb, namizədlərin peşəkar hazırlığı və hüquq sahəsindəki təcrübəsi diqqətə çatdırılıb.

Tədbirdə Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də çıxış edərək göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürlərini bildiriblər.

Müzakirələrin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!