“Qalatasaray” və “Fənərbaxça”nın futbolçuları cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” və “Fənərbaxça”nın futbolçuları cəzalandırıldı

İdman

30 Oktyabr 2026 16:08 55


Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilən prinsipial derbi matçından sonra intizam cəzalarını elan edib.

“Yeni Sabah” xəbər verir ki, derbi zamanı yaşanan gərginliklər ucbatından "Qalatasaray"ın təcrübəli müdafiəçisi Abdülkerim Bardakcı 2 oyunluq, "Fənərbaxça"nın heyətində çıxış edən Arçi Braun isə 3 oyunluq diskvalifikasiya cəzası ilə üzləşib.

Bununla yanaşı, İntizam Komitəsi klubları maliyyə sanksiyaları ilə də cəzalandırıb. "Qalatasaray" klubu "Fənərbaxça"nın Türkiyə Futbol Federasiyasında (TFF) rəsmi qeydiyyata alınmamış loqosundan istifadə etdiyinə görə talimatlara zidd davranış səbəbilə 280 min türk lirəsi məbləğində cərimələnib. pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!