Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filmin premyerası keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya Müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunın qəhrəmanlıq yoluna işıq salır.
Çəkilişlər 2026-cı ilin mart ayında Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb. Dominos pizza
Sənədli filmin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilib.
Filmin təqdimatı noyabrın 2-də, saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq, giriş sərbəstdir.
Telegram kanalımız