Çıxarışlı torpaqlara tələbat artdı: Qiymətlər yarım milyon manata qədər yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Çıxarışlı torpaqlara tələbat artdı: Qiymətlər yarım milyon manata qədər yüksəlib

Sosial

15 İyun 2026 09:26 325


Ən ucuzu beş min, ən bahası isə yarım milyon manata qədərdir.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət yerləşdiyi əraziyə görə, çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir.

Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlib. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi yaşayış evlərinin inşasına marağın artması bazarda canlanma yaradıb. Əmlak məsələləri üzrə mütəxəssislər bildirirlər ki, hazırda ən çox tələb çıxarışlı torpaq sahələrinədir. Səbəb də ev tikildikdən sonra kommunal xətlərin çəkilməsində problemlə üzləşməmək istəyidir. Sezar pizza

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymətə tikinti aparmaq üçün havanın əlverişli olması da təsir edir. Yəni hər il ənənəvi olaraq yaz-yay mövsümündə torpaq bazarına tələbat artır ki, bu da bəzi işbazların qiyməti yüksəltməsi ilə nəticələnir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!