Daha bir ölkədə “omikron“ aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkədə “omikron“ aşkarlandı

Sosial

12 Dekabr 2021 09:30 606


Banqladeşdə koronavirusun "omikron" ştamı ilə ilk iki yoluxma halı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə səhiyyə və ailə rifahı naziri Zahid Mələk açıqlama yayıb.

Onun sözlərinə görə, virusa yoluxmuş hər iki şəxs Banqladeş kriket komandasının üzvləridir, onlar bu yaxınlarda Zimbabvedən ölkəyə qayıdıblar. Toyuqlu pizza

Xəstələrin vəziyyəti sabitdir, onlar paytaxt Dəkkədəki oteldə təcrid olunublar.

Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 virusunun ştamını yunan hərfi "omikron" ilə təyin edib. Yeni ştamın episentri Cənubi Afrikadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!