Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başladı

Din

25 Avqust 2026 09:34 60


Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq mediaforum başlayıb.

"Yeni Sabah" xəbər verir ki, mediaforum beynəlxalq və milli kütləvi informasiya vasitələrinin nümayəndələrini, jurnalistləri, ekspertləri, alimləri və kommunikasiya sahəsi üzrə mütəxəssisləri bir araya gətirib.

Tədbir beynəlxalq mediaforuma və onun əsas məqsədlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. pizza mizza

Forum çərçivəsində iştirakçılar müasir medianın İslam sivilizasiyasının işıqlandırılmasında rolunu, tarixi və mədəni irsin qorunub saxlanılması məsələlərini, eləcə də informasiya məkanında İslam dünyasının nailiyyətlərinin təqdim edilməsi ilə bağlı yeni yanaşmaları müzakirə edəcəklər.

Forumun proqramında həmçinin beynəlxalq və milli ekspertlərin çıxışları, panel müzakirələri və ustad dərslərinin təşkili də nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!