Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsində daha bir görüş başa çatıb.
"Yeni Sabah" xəbər verir ki, Dallas şəhərində görüşdə Avstraliya Misirlə qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtında qalib müəyyən olunmayıb - 1:1. Marqarita pizza
Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Fironların müdafiəçisi Mohamed Hani (55) topu öz öz qapısından keçirərək yekun hesabı təyin edib.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:2) Misir təmsilçisi tarixində ilk dəfə mundialın 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, komandanın növbəti mərhələdəki rəqibi Argentina - Kabo-Verde cütünün qalibi olacaq.
Telegram kanalımız