DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026: Norveç - İngiltərə matçı təxirə salına bilər

İdman

11 İyul 2026 23:22 59


2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Norveç və İngiltərə milli komandaları arasında keçiriləcək oyun təxirə salına bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Belə ki, oyununb keçiriləcək Mayamidə şəhərində güclü bürkü qeydə alınır. Proqnozlara əsasən, havanın temperaturu 29-32 dərəcəyə çatacaq, oyunun başlanğıcı zamanı isə hiss edilən temperatur 44 dərəcəyə qədər yüksələcək. Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası yerli temperatur 28 dərəcəni keçərsə, oyunların təxirə salınmasını və ya vaxtının dəyişdirilməsini tövsiyə edir. Sezar pizza

Qeyd edək ki, matçın tart fitinin Bakı vaxtı ilə iyulun 12-də saat 01:00-da səslənməsi nəzərdə tutulub. Bu qarşılaşmanın qalibi iyulun 12-də Bakı vaxtı ilə saat 05:00-da üz-üzə gələcək Argentina və İsveçrə cütünün qalibi ilə oynayacaq.

Futbol üzrə dünya çempionatı iyunun 11-də başlayıb və ABŞ, Meksika və Kanadada iyulun 19-dək davam edəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!