Dəli olmasan, çox çətindir...

saytların hazırlanması

Evə çatdırılma

Dəli olmasan, çox çətindir...

Sosial

14 Avqust 2022 23:10 1802


Şahbaz Xuduoğlu paylaşmışdı: Sevimli sənətkarlarımız Rasim Balayevlə Alim Qasımovun illər öncə olmuş bir duetini. Dəlicəsinə bir deyişməni. 

Adam dəli olmaq istəyir. Bu dövrdə, bu şərtlərdə, bu coğrafiyada dəli olmasan, çox çətindir. Zır dəli olmalısan. Heç kimin dərdini çəkməməlisən. Dəli olmalısan ki, hamı sənin dərdini çəksin.

Ruh olmalısan. Elə ruh olmalısan ki, ruhsuzluğun aşkar görünsün. Şeir və ədəbiyyat bəzən insanı insan olmaqdan uzaqlaşdırmaqdır. Heçlikdir. Biz ruhumuzu illərdir tapa bilmirik. Ciddi olmağa çalışırıq. O qədər ciddi olmağa çalışırıq ki, ciddi olmamağın insan üçün hansı sərhədləri yox etdiyini ağlımıza belə gətirə bilmirik. Komplekslərimiz var. Bu komplekslər insan olaraq da, vətəndaş olaraq da, söz adamı olaraq da böyük əksərimizi buxovlayıb.Günümüz gündəlik problemlərin məngənəsində elə sıxılıb ki, suyumuz çıxıb, cecəyimiz qalıb... Sezar pizza

Sevgi də, məhəbbət də, hörmət də, bu dünya da, o dünya da mənfəətə hesablanıb. Mənfəət yoxdursa, biz o oyunda yoxuq.  Bizə hər günün haqq hesabı lazımdır. Bu gün nə qazandıq və nə itirdik?! Alqoritm belədir. Burada ruh üçün, təxəyyül üçün heç bir meydan tanımırıq. Hər şeyi maddiyyata bağlayıb dələnin çarxda fırlandığı kimi sonsuz dövriyyədə fırlanırıq. Nə sufiyə, nə şamana yer yoxdur bizim gündəlik planlaşdırmamızın içində. İstədiyimiz kimi ola bilmirik. Və “Etməgil” deyə bilmirik...

“Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm” deyə bilmirik. Çünki özümüz ola bilmirik. Biz kimik ki?! Olsa-olsa ruhumuzu alıcısı olamyan bazara çıxarmış varlıqlar. Sönmüşük. “Etməgil...” deyən kimsə varmı? 

Lənətə gəlmiş reallıqlar bizi hətta xəyallar dünyasında da kontrol edir. Sərhədləri aşmağımıza imkan vermir. Düşündüyümüzü deyə bilmək, yaza bilmək senzurası önümüzdə divar kimi dayanıb. O divarı aşmaq bizlik deyil. Bizimki, xırda, rutin işlərdir. Biz deyəndə mən təkcə özümü demirəm. Ürəyimizdən tikan çıxaran hansı hadisə baş verib ki, son zamanlar? Yadda qalan hansı sözü demişik və ya deyə bilərik ki? O qədər xırdalanmışıq ki, sözdəki hərflər belə deyilik. Biz hərf belə deyiliksə, sözü hardan uma bilərik?!

Və nə yaxşı ki, nostalji olasa da, belə görüntülər var. Ən azından belə görüntüləri izləyib heç nə deyə bilməsək də, düşünə bilirik. Düşünməyin belə texniki iş olduğu bir zamanda, kimsə düşünə, ruhu ilə baş-başa qala bilirsə, deməli, hələ də nəyəsə ümid etmək mümkündür. 

Hərdən bu dünyanı unutmaq gözəldir. Və həyat bu dünyanı, reallıqları, kompleksləri unudanlar üçün daha rahatdır. Biz axı nəyin dərdini çəkirik?! Qoy dəli olaq, bizim dərdimizi çəksinlər... Əgər dərdimiz çəkən olacaqsa?

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!