Dənizdə dalğanın hündürlüyü 2 metrdir 

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə dalğanın hündürlüyü 2 metrdir 

Sosial

01 May 2024 09:05 254


Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrdir.  pizza sifarişi

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 03-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!