Deputat: İdman zallarında gizli formada steroidlər yayılıb

saytların hazırlanması

Evə çatdırılma

Deputat: İdman zallarında gizli formada steroidlər yayılıb

Sosial

22 Sentyabr 2026 15:04 103


Azərbaycanda idman zallarında gizli formada steroidlər (steroidlər – yüksək bioloji aktivliyə malik olan maddələrdir) yayılıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Mircəlil Qasımlı komitənin iclasında deyib.

Deputat bildirib ki, bu, ciddi problemə çevrilib: Sezar pizza

"Qarşıdakı bütün sessiyalarda biz bunu çox ciddi şəkildə müzakirə etməliyik. Çünki gənclərin gələcəyi böyük təhlükədədir. Nəticə əldə etmək üçün steroiddən istifadə olunursa, bu dopinq vasitəsi deməkdir. Amma təəssüf ki, gələcəkdəki nəticələr faciəvi ola bilər".

Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə deputatın fikirlərinə münasibət bildirib:

"Dopinqlə mübarizə doğrudan da ciddi məsələdir. Biz bu barədə müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddətdə bu sahədə hazırlanan bir sıra dəyişiklikləri komitəyə təqdim edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!