Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobili yandıran şəxs həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Nəticədə avtomobili yandırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən edilərək həbs edilib. pizza
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız