Dövlət satınalmalarında rekord rəqəm: 7 mindən çox müqavilə elektron imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət satınalmalarında rekord rəqəm: 7 mindən çox müqavilə elektron imzalandı

İqtisadiyyat

06 Oktyabr 2026 10:23 80


Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrin elektronlaşdırılması prosesində sürətli artım müşahidə olunur.

“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən  xəbər verir ki, 2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində 7 386 satınalma müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalanıb. Bu müqavilələrin ümumi məbləği isə 3 milyard manatdan çox təşkil edib.

İmzalanmış müqavilələrin maliyyə bölgüsündə 51,2%-lə işlərin görülməsi üstünlük təşkil edib. Müqavilə məbləğlərinin 34,22%-i malların, 14,58%-i isə xidmətlərin satınalınmasının payına düşüb. Cari ilin 10 aprel tarixindən istifadəyə verilən altsistemdən hazırda 1 288 satınalan təşkilat və 2 609 təchizatçı aktiv istifadə edir. pizza

Müqavilələrin tərtibi və imzalanmasından əlavə, artıq onların icra mərhələsi də rəqəmsallaşdırılır. Yeni tətbiq edilən funksionallıq sayəsində mal, iş və xidmətlərin faktiki təhvil-təslimi üzrə elektron aktların hazırlanması və tərəflər arasında sistem üzərindən təsdiqlənməsi imkanı yaradılıb. Bu da kağız sənəd dövriyyəsini minimuma endirməklə yanaşı, bütün icra prosesini vahid mühitdə izləməyə imkan verir.

Xatırladaq ki, “e-müqavilə” altsistemi Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş RDMİS çərçivəsində fəaliyyət göstərir.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!