Dövlət və özəl sektor səfərbər edilir: 5 milyardlıq proqram başlayır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət və özəl sektor səfərbər edilir: 5 milyardlıq proqram başlayır

İqtisadiyyat

16 İyun 2026 11:51 5439


"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahəyə 5 milyard manatdan çox investisiyanın cəlb olunması planlaşdırılır.

“Yeni Sabah” "Report"a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə təşkil edilmiş müşavirədə çıxışı zamanı bildirib.

Z.Nağdəliyevin sözlərinə görə, proqramın reallaşdırılması məqsədilə dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektorun hesabına isə təqribən 3 milyard manatdan çox maliyyə vəsaiti səfərbər ediləcək: Marqarita pizza

"Proqramın müvəffəqiyyətlə icra olunması üçün mərkəzi və yerli icra hakimiyyəti qurumlarının əlaqəli fəaliyyəti ilə bərabər, özəl sektorun investisiya və idarəetmə potensialından da səmərəli şəkildə yararlanılacaq. Qarşıdakı dörd il yarım müddətində proqramda əks olunan tədbirlərin təcili surətdə icrasına başlanılmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirzəqulu dayı
    İnanan daşa dönsün ki, o 5 milyardın hamısı bu layihəyə xərclənə. Uzağı 2 milyard xərclənəcək, qalan 3 milyard da cibişdanlara ötürüləcək.)))
    4 months ago
  • RAHIM
    BAKIDA OTURAN ACGÖZ MƏMURLARIN ZƏBT ETDİKLƏRİ ƏKİN, ÖRÜŞ TORPAQLARI KƏNDLİYƏ QAYTARILMASA AQRAR İSLAHATLARIN HEÇ BİR FAYDASI OLMAYACAQ.
    4 months ago