Dumanlı hava şəraiti nə qədər davam edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Dumanlı hava şəraiti nə qədər davam edəcək?

Sosial

03 Mart 2022 11:55 371


"Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək".

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Yeni Sabah"a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

O qeyd edib ki, Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub. pizza

G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!