Dünən şəhid olan zabit Salyanda dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Dünən şəhid olan zabit Salyanda dəfn edildi

Sosial

08 Aprel 2024 12:12 517


Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, , dəfndən öncə şəhidin üçrəngli bayrağa bükülmüş tabutu doğulduğu evə gətirilib.

Vida mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb. pizza mizza

Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!