Dünya bu istiliyə hazır deyil - Təhlükəli dövr uzanır

saytların hazırlanması

Evə çatdırılma

Dünya bu istiliyə hazır deyil - Təhlükəli dövr uzanır

Sosial

25 Sentyabr 2026 07:04 75


Dünyada istilik dalğalarının davam etdiyi müddət getdikcə artır.

“Yeni Sabah” xəbər verir ki, alimlərin 1979-2023-cü illər üzrə apardığı araşdırmaya görə, son 45 ildə quruda istilik dalğaları mövsümü orta hesabla 39 gün uzanıb. Məlumata görə, ilin ilk istilik dalğası hər 10 ildən bir orta hesabla 3,29 gün daha tez başlayır. Sonuncu istilik dalğasının başa çatması isə 5,41 gün gecikir. Bu dəyişiklik quru ərazilərinin böyük hissəsində müşahidə olunub.

Araşdırmada həmçinin 2001–2023-cü illərdə sürətlə yaranan istilik dalğalarının sayının artdığı müəyyən edilib. Bu vəziyyət xüsusilə kənd təsərrüfatı üçün risk yaradır. Belə hava şəraiti bəzi bitkilərin çiçəkləmə və inkişaf dövründə daha çox sahənin zərər görməsinə səbəb olur. Dominos pizza

Alimlər səhiyyə, kənd təsərrüfatı və enerji sahələrində erkən xəbərdarlıq sistemlərinin yeni iqlim şəraitinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!