Almaniyanın nüfuzlu "Bild" qəzetinin yaydığı məlumata görə, ölkənin qabaqcıl avtomobil hissələri istehsalçılarından biri olan "Prinz & Co. Stahlrohre" şirkəti 130 illik zəngin fəaliyyət tarixindən sonra rəsmən iflas proseduruna başlayıb.
“Yeni Sabah” xəbər verir ki, yaranmış maliyyə böhranı şirkətin Almaniya ərazisindəki əsas istehsal və inzibati vahidlərinə birbaşa təsir göstərir. Qərar Vikededə yerləşən və 110 nəfərin çalışdığı baş ofislə yanaşı, Altenada 150, Vestönnendə 30 və Verldə 20 nəfərlik heyətə malik zavodları əhatə edir. Bununla da ümumilikdə 310 əməkdaşın iş yeri ciddi risk altına düşüb.
Bununla belə, "Bild" nəşri vurğulayır ki, hüquqi iflas prosesinin başlamasına baxmayaraq, "Prinz & Co. Stahlrohre" öz fəaliyyətini əvvəlki qaydada və heç bir məhdudiyyət olmadan davam etdirəcək. İstehsalat prosesinin saxlanılması şirkətin böhrandan çıxış yollarını axtarmasına imkan yaradır. Dominos pizza
Qeyd edək ki, sözügedən müəssisə avtomobil sənayesində mühüm komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Şirkət avtomobil oturacaqlarının konstruksiyaları, cihazlar paneli və hava yastığı bərkidiciləri, həmçinin baqaj qapıları üçün hidravlik dayaq hissələrinin əsas təchizatçılarından biridir.
Nazim Hacıyev
Telegram kanalımız