Əhalinin nəzərinə! Aprelin 16-da saat 10:00-dan... 

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin nəzərinə! Aprelin 16-da saat 10:00-dan... 

Sosial

16 Aprel 2024 10:06 602


Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Yenisabah.az-a Azəriqaz İB-dən bildirilib. 

Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.  Dominos pizza

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 3940-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!