Əhaliyə hava xəbərdarlığı -   Daşqın və sel olacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə hava xəbərdarlığı - Daşqın və sel olacaq

Sosial

23 Sentyabr 2026 15:10 138


Dağlıq rayonlarda yağışlı hava şəraiti ilə əlaqədar sel və daşqın ehtimalı var.

"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. pizza sifarişi

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Həmçinin Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimal olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!