Ekspert: “Gərək orada mütləq DYP əməkdaşı dursun”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert: “Gərək orada mütləq DYP əməkdaşı dursun”

Sosial

04 Fevral 2022 14:34 581


“20 Yanvar, Neftçilər dairəsi, Tbilisi prospekti, Sumqayıt yolu və s. daim tıxaca rast gəlinir. Bunun qarşısını almaq üçün gərək orada mütləq DYP əməkdaşı dursun”.

Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bu problemin həllini ictimai nəqliyyatın inkişaf etdirilməsində görür:

“İctimai nəqliyyat harada zəifdirdirsə, velosipeddən istifadə harada azdırsa, orada əhali fərdi avtomobillərin və taksilərin ümidinə qalır, onda da tıxaclar intensiv hal alır”.  Marqarita pizza

Ərşad Hüseynov qeyd edib: 

“Məsələn, “Dakar Meydanı”nda (Neftçilər dairəsi) aləm qarışıbsa, burada nə etmək lazımdır? Cavabı çox sadədir. Nəzarət tədbirlərini bir az yaxşılaşdırmaq olar. Yaxşılaşdırmaq nədir? Yəni orada DYP əməkdaşı, eləcə də, BNA-nın parklanmalara nəzarət edən işçiləri olmalıdır. Həmin ərazidən keçən avtobusların dispetçer xidmətləri də işini görsə, ən azı sürücülərin qarşılıqlı şəkildə bir-birinə yol verməsi vəziyyəti yaxşılaşar, xaos yaranmaz, avtomobillər üçüncü, dördüncü cərgədə dayanmazlar”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Ətrafdan başqa bu ölkədə yol hərəkəti qaydalarını bilən yoxdurki ele her dəfə bu adam çıxış edir?Çox vaxtda çox səhv danışır.Misal.ucun sarı xətlərin aq xətdə çevrilməsini bu adam qanuni hesab edir amma hansıki qanunla Sarı xetler və ağ xətlər anlayışı var harda necə lazimdisa istifadə hamısı yazılıb YHQ nun 69 cu maddəsində
    4 years ago