Metrodakı insan sıxlığı əksər hallarda sərnişinlərin səhhətinə təsir edir. Bir sıra narahatlığı olan şəxslərin bəzən halları pisləşir, ürəktutma və ölüm halları yaşanır. Belə olan zaman metroda tibb məntəqəsinin olmaması vəziyyəti daha da qəlizləşdirir.
Yenisabah.az-a açıqlamasında mülki təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "Bakı Metropoliteni"nin stansiyalarında tibb məntəqəsinin mövcudluğunu zəruri sayıb:
“Metrostansiyalar strateji obyekt hesab olunur. Nəzərə alınmalıdır ki, bu nəqliyyat növü minlərlə insana xidmət edir. Buna görə də, texniki təhlükəsizlik, əməyin mühafizəsi, mülki müdafiə, yanğından mühafizə, ilk tibbi yardımla bağlı metro əməkdaşlarının məlumatlı olması və s. ən yüksək səviyyədə olmalıdır. Belə olduğu halda hər hansı hadisəyə hazırlı olaraq çevik müdaxilə etmək daha mümkün olur”. Toyuqlu pizza
Mütəxəssis qeyd edib ki, hər bir metropoliten əməkdaşının tibbi müdaxilə barədə ilkin bilikləri olmalıdır:
“İlkin tibbi müayinə və müdaxilə üçün metrostansiyalarda ayrıca şəxslər nəzərdə tutulmayıb. Yaxşı olardı ki, metroda tibbi müayinə bölməsi və tibb əməkdaşları olsun. Beləcə, gözlənilməz hadisə zamanı, ya da sərnişinlərdən kimsə özünü narahat hiss edəndə becid müdaxilə əlçatan olsun. Bundan əlavə, metroda çalışan hər bir şəxsin ilkin tibbi müayinə və müdaxilə barədə məlumatlı olmalıdır”.
Aytac Şahin
Telegram kanalımız