Eldar Əzizov müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov müşavirə keçirdi

Sosial

20 Dekabr 2021 16:00 863


Bakı Şəhər İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə  müşavirə keçirilib.

Yenisabah.az-ın məlumatına görə, müşavirədə qeyd edilib ki, artıq bir müddətdir ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi  ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin  quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün çox əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.

Muşavirədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirdi ki, ağacları qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində   Nazirlik tərəfindən bu gunə kimi 3000-dən çox bu xəstəliyə yoluxan  ağacın kəsilməsi barədə rəy verilib. Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib.  Sezar pizza

Müzakirələrdə  çıxış edən alimlər və mütəxəsssislər dünya ölkələrinin praktikasında oxşar halları, o cümlədən qonşu Gürcüstanın da nümunə gətirərək bildirdilər ki, bu xəstəlikdən qurtulmağın yeganə yolu xəstə ağacların kəsilməsi, utilizasiya edilməsi, çıxarılan ağacların yerinin və ətrafdakı ağacların dərmanlanmasıdır.

Müşavirədə bu xəstəliklə mübarizə tədbirləri çəçivəsində bu günədək bir sıra vacib aqrotexniki tədbirlərin həyata keçirilməsi vürğulanmış, bununla yanaşı operativliyin artırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən xəstə ağaclarla bağlı rəy verilməsini,  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin isə bu ağacların kəsilərək utilizasiyası işlərinin  tezləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Həmçinin qərara alınıb ki, Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspert dəvət edilsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!